AZ

Azərbaycanın ümumkütləvi beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsi var 

Prezident İlham Əliyev 2024-cü ilin aprelin 26-da  Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Müsahibədə ölkəmizin başçısı  bildirib ki, COP29  beynəlxalq tədbirinə yüksək səviyyədə hazırlıq gedir və burada bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq.

Qeyd edək ki, Azərbaycanın belə ümumkütləvi beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəvar.  Xüsusilə Qoşulmama Hərəkatını misal göstərmək olar. Dövlətmiz bu beynəlxalq  hərəkata dörd il sədrlik edib və 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olub. Eyni zamanda, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Onlardan doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışdır.

Müsahibədə həmçinin  ölkəmizin başçısı vurğulayıb ki, qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə necə iştirak etməyin yolları araşdırılacaq, orada həmrəylik münasibətlərinin formalaşdırılmasına çalışılacaq.

Prezident İlham Əliyev bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu təşəbbüs üçlük, üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya davamlı olaraq müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edirlər.

Müsahibədə o  bəyan edilib ki, indi COP-dan əvvəl daha çox maliyyələşməni təmin edilməsi üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Çünki bu gün Azərbaycan həm də OPEC+ üzv ölkəsidir.

“Euronews” telekanalına müsahibəsində ölkə başçımız xüsusi vurğulayıb ki,  neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Eyni zamanda Prezident İlham Əliyev onu da qeyd edib ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar.

Sözügedən müsahibədə ölkəmizin başçısı beynəlxalq aləmə birlik və həmrəylik çağırışı da edib. Belə ki, ölkə başçısı deyib ki, bütün dövlətlər qarşılıqlı səylər, həmrəylik göstərməli və bir-birini günahlandırmağı dayandırmalıdırlar.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
1
ikisahil.az

10Mənbələr