AZ

Sinoptiklərdən xəbərdarlıq: Dolu düşəcək, sulu qar yağacaq

Sinoptiklərdən

Bakı, 30 may, AZƏRTAC

İyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyunun 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 31-i gündüzdən iyunun 1-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda, iyunun 2-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
49
azertag.az

10Mənbələr