AZ

"Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır" - Rusiya XİN

Cənubi Qafqazda vəziyyəti Qərb qüvvələri pozur və rəsmi Bakı da bunu bəyan edib.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərinə Cənubi Qafqaz ölkələri ilə münasibətlər qurmaq deyil, düşmənçilik etmək lazımdır:

“Onların nöqteyi-nəzərindən region ölkələri bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidir. İqtisadiyyat, ticarət, infrastrukturla deyil, münasibətlərin sonsuz aydınlaşdırılması ilə məşğul olmalıdırlar. Onların hədəfi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Düşünürəm ki, bu tendensiyaları Bakıda və digər paytaxtlarda hər kəs müşahidə edir. Bir çox cəhətdən də biz onlarla razıyıq”.

M.Zaxarova qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
6
azpolitika.info

10Mənbələr