AZ

Türkiyə klubu Ançelottiyə sürpriz təklif irəli sürdü

Volkan Dəmirəllə yollarını ayırdıqdan sonra məşqçi axtarışlarını davam etdirən "Hatayspor" "Real Madrid"in təcrübəli çalışdırıcısı Karlo Ançelottinin köməkçisi işləyən oğlu Davideyə təklif irəli sürüb. Metbuat.az xəbər verir ki, “Hatayspor”un ilk hədəfi dinamik əcnəbi məşqçi ilə davam etməkdir. İlk hədəf Davide Ançelottidir. Hazırda "Real Madrid"də atası Karlo Ançelottinin rəhbərliyi altında köməkçi məşqçi kimi çalışan Davide ilə ilkin görüş keçirilib. Hələlik razılıq əldə edilməyib.

Məlumata görə, Davide Ançelotti ilə Fransa Liqasının komandalarından olan "Reyms" də maraqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
metbuat.az

5Mənbələr