AZ

Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 1-i gündüzdən 2-si gününikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərindəarabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında mayın 31-i gündüzdən iyunun 1-iaxşamadək əsasən dağlıq və dağətəyi rayonlarda, 2-də isə bəziyerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur,Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalıvar.

İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s,ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
49
az.trend.az

10Mənbələr