AZ

Hərracda bankların dollar tələbi bu səbəbdən artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün  Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 110,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (23 may) müqayisədə 40,9 milyon dollar və ya  58,8% çoxdur. 

Qeyd edilib ki, tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
100
1
banco.az

10Mənbələr