AZ

Lənkəranda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran şəhəri, "Böyük bazar" ərazisində fəaliyyət göstərən fiziki şəxs Elnur Abidin oğlu Qurbanova məxsus "Bazardönər" və Bəhruz Baba oğlu Hüseynova məxsus ictimai iaşə müəssisələrində yoxlama keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, dönərxanaların qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdikləri, emal zamanı istifadə olunan xammal və yarımfabrikatların saxlanma temperaturuna nəzarət edilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədikləri və xüsusi geyimlə təmin olunmadıqları, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Bişmiş mal əti və toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxslər barəsində inzibati protokol tətbiq edilib, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
oxu.az

8Mənbələr