AZ

Avstraliyanın baş naziri İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyəcək?

Avstraliyanın baş naziri Entoni Albanese Ukraynadakı münaqişənin həlli üçün İsveçrədə keçiriləcək konfransda iştirak edib-etməyəcəyi bilinmir.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir aparatının katibinin müavini Qrem Fletçer məlumat verib.

Onun sözlərinə görə, Baş nazir iyunun ortalarında keçiriləcək sülh sammitində iştirakı ilə bağlı qərar verməyib.

Qeyd edək ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrənin Xarici İşlər Federal Departamenti (Nazirliyi – red.) daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən G7, G20 və BRİKS ölkələrini dəvət edib. İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya Federasiyası bu görüşə dəvət olunanlar arasında yoxdur.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, əgər onlar ölkəni orada görmək istəməsələr, Rusiya konfransda iştirak üçün müraciət etməyəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
ikisahil.az

10Mənbələr