AZ

Ronaldu daha bir mükafat qazandı

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının bombardiri kimi "Qızıl buts" alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatının son mövsümünün bombardiri olub. 39 yaşlı futbolçu çempionatda 35 qol vurub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro-Liqasının 2023/2024 mövsümünün nəticələrinə əsasən, "Əl-Hilal" 94 xal toplayaraq erkən çempion olub. "Ən-Nəsr" isə ikinci yeri tutub (82 xal). Turnir cədvəlində ilk üçlüyü 65 xalla "Əl-Əhli" qapayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
17
oxu.az

10Mənbələr