AZ

Gözəl görünmək üçün hündürdaban ayaqqabı geyinilməlidirmi?

Qadınlarda özünəinam hissini artıran dikdaban ayaqqabılar hər nə qədər gözəl və cəlbedici görünsə də, ciddi sağlamlıq problemlərinə yol açırlar.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hündürdaban ayaqqabıların əmələ gətirdiyi ağrı və şişlər yaş keçdikcə daha da təhlükəli olur: 

"Belə ki, 20-30 yaşlarında hündürdaban ayaqqabılar sağlamlıq üçün o qədər təhlükəli olmasa da, 40-50 yaşlarında bu daha təhlükəli olur. Çünki yaş artdıqca, ayaqları qoruyan yağların meydana gəlməsi prosesi zəifləyir və azalır. Hündürdaban ayaqqabılar qısamüddətli ağrılar verməklə yanaşı, uzun müddət geyildiyində sağlamlığa da zərər verir. Belə ki, ayaqlarda sümük çıxıntıları, ciddi döyənəklər və dırnaq problemləri ilə yanaşı, damar problemləri də yarana bilər".

Həkim onu da qeyd edib ki, hündürdaban ayaqqabının ayaqlara verdiyi ağrılar əsəb pozuntusuna yol açır:

"Belə xanımlar daim əsəbi olur, bütün fikirləri ayaqlarında olduğu üçün ətrafa çox fikir vermirlər. Gənclərin sümükləri daha zərif olduğu üçün rahat olmayan ayaqqabı tez bir zamanda ayaqların estetik görünüşünü dəyişir".

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
32
hit.az

10Mənbələr