AZ

Sabunçuda yaşayış evində güclü yanğın – Video

Bakı şəhərinin Sabunçu rayonu, Ə.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.Elchi.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 30kv.m. sahədə və mətbəxi 9 kv.m. sahədə yanıb.Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Xəsarət alan yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
13
elchi.az

10Mənbələr