AZ

“FinKapital BOKT”un ötən il mənfəəti azalıb - HESABAT

“FinKapital Bank Olmayan Kredit Təşkilatı” MMC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 136,9 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 142,9 min manat olub ki, bu da illik müqayisədə 6 min manat və ya 4.2% azalma deməkdir.

Ötən il “FinKapital” BOKT-un faiz gəlirləri 597 min manat, faiz xərcləri 298 min manat, haqq və komissiya gəlirləri 144 min manat, inzibati və digər xərclər 276 min manat, mənfəət vergisi xərci 34 min manat təşkil edib.

Bu ilin yanvarın 1-nə “FinKapital” BOKT-un cəmi aktivləri 3 milyon 250 min manat olub ki, bunun 3 milyon 124 min manatı müştərilərə verilmiş kreditlərdir. Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2 milyon 685 min manat, cəmi kapitalı isə 565 min manat təşkil edib.

Qeyd edək ki, “FinKapital” BOKT 2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 min manatdır. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17

“FinKapital“FinKapital“FinKapital
Seçilən
118
1
fed.az

10Mənbələr