AZ

Azərbaycanda kredit təşkilatının xalis mənfəəti azalıb

“Brand Credit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Brand Credit” BOKT-un xalis mənfəəti əvvəlki illə müqayisədə 18.8% azalaraq 311 min 362 manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 383 min 908 manat təşkil etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 2.4% azalaraq 1 milyon 310.8 min manat, mənfəət vergisindən əvvəlki gəlirləri isə 20.6% azalaraq 366,6 min manat təşkil edib.

Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 20.8% və ya 974.5 min manat artaraq 5 milyon 657.3 min manat olub. Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 31.8% artaraq 5 milyon 211.8 min manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 84.5%-dən 92.1%-ə yüksəlib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 40% və ya 1 milyon 35.6 min manat artaraq 3 milyon 628.3 min manata bərabər olub. BOKT-un müddətli borc öhdəlikləri isə 89.5% artaraq 2 milyon 637 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “Brand Credit” BOKT -un cəmi kapitalı 2 milyon 29 min manata bərabər olub ki, bu da illik müqayisədə 2.9% azdır.

©APA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
27
valyuta.az

10Mənbələr