AZ

Alfa Konte “Neftçi”ni tərk edir - Cibuti ilə oyuna görə

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin sol vingeri Alfa Konte Syerra Leone millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti paylaşım edib.

23 yaşlı yarımmüdafiəçi Cibuti və Burkina Faso yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün milli komandaya cəlb edilib.

Qeyd edək ki, Syerra Leone yığması iyunun 5-də Cibuti, 5 gün sonra isə Burnika Faso ilə üz-üzə gələcək.

Alfa Konte 2024-cü ilin yanvar ayından “Neftçi”də forma geyinir. 24 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Konte 2023-cü ilin noyabr ayında debüt etdiyi Syerra Leone yığmasında 2 oyun keçirsə də, fərqlənə bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
11
arena.az

10Mənbələr