AZ

Borrel Rusiya ərazilərinə zərbələri dəstəkləyir – Avropa İttifaqı ölkələri ikiyə bölünüb

“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəflərə hücumları proporsionaldırsa, onu qanuni hesab edirəm”.

“AzPolitika” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət üzrə Ali nümayəndəsi Josep Borrell İttifaqın müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“Biz həmçinin Qərb silahlarının Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanını müzakirə etdik. Bu, mütənasib şəkildə həyata keçirildiyi dövrdə beynəlxalq hüquq baxımından tamamilə qanunidir”, - o, vurğulayıb.

Diplomatın sözlərinə görə, bəzi ölkələr Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa artıq hazırdır, digərləri isə hələ də müzakirələr aparır. Bununla belə Borrell Ukraynanın Rusiyadakı hədəflərə silahları ilə hücum etməsinə razılıq verən ölkələrin adlarını açıqlamayıb.

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib ki, Ukraynaya atılan raketlərin Rusiyadakı hərbi bazalarını zərərsizləşdirməyə icazə verilməlidir.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Qərb ölkələrini Ukraynaya dəstək verməkdə özlərini məhdudlaşdırmağı dayandırmağa çağırıb. Məhdudiyyətlərin götürülməsini NATO-nun baş katibi Yens Stoltenberq, Latviya prezidenti Edqar Rinkeviç, Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren və Çexiyanın Baş naziri Petr Fiala da dəstəkləyib.

Almaniya kansleri isə bildirib ki, o, hələlik belə məhddiyyətlərə qoyulan qadağanı aradan qaldırmaq üçün heç bir əsas görmür. İtaliya və İspaniya da qadağanın götürülməsinə qarşı çıxıblar.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, Borrelin sözgedən açıqlamasını şərh edərkən, onun formulasının minlərlə ukraynalının ölümünə bərabər olduğunu bildirib.

“AzPoltika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
11
azpolitika.info

10Mənbələr