AZ

Banqladeşdə "Remal" siklonu nəticəsində ölənlərin sayı 30-u keçib

Banqladeşdə mövsümün ilk "Remal" siklonunun təsiri nəticəsində 30-dan çox insan həyatını itirib.
Qeyd olunub ki, insanlar əsasən elektrik cərəyanının vurması, evlərin uçması, sel və torpaq sürüşməsi zamanı ölürlər.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Təbii fəlakət Banqladeşin şimalı istisna olmaqla, demək olar ki, bütün ərazisini əhatə edib. Ölkənin sahilyanı və mərkəzi rayonlarının minlərlə sakini evsiz qalıb. Elektrik xətlərinin kütləvi şəkildə kəsilməsi səbəbindən 17 milyondan çox kənd sakini elektrik enerjisindən məhrumdur. Bir çox ucqar rayonlarda mobil rabitə yoxdur.
Xatırladaq ki, "Remal" siklonu mayın 26-da axşam saatlarında Benqal körfəzindən Banqladeş sahillərini vurub. Siklon Qərbi Benqal əyalətinə yağıntı və küləyin sürətini 38 m/san-yə çatdırıb. Bundan sonra gücünü itirən siklon şimal-şərqə doğru hərəkət etməyə başlayıb.
Mənbə: New Age
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
oxu.az

10Mənbələr