AZ

İrina Şeyk keçi ilə şəkil çəkdirdi, gülüş hədəfi oldu

Supermodel İrina Şeyk qızı ilə keçirdiyi ailə istirahətindən fotolar paylaşıb.
O, kadrlardan birində keçi ilə görüntülənib.
İrina heyvanla şəklini şəxsi bloqunda paylaşıb.
Ulduzun pərəstişkarları fotonu ələ salıblar. Bir çoxları keçini modelin keçmiş sevgililərinə, bəziləri hətta futbolçu Kriştianu Ronalduya bənzədib.
Digərləri isə fotonu Şeykin şəxsi həyatının dəqiq təsviri adlandırıblar.
Qeyd edək ki, İrina futbolçu ilə təxminən beş il yaxın münasibətdə olub.
2017-ci ildə məşhurun ​​Hollivud aktyoru Bredli Kuperdən Liya adlı qızı dünyaya gəlib. 2023-cü ilin iyun ayında Şeyk Amerika futbolunun əfsanəsi Tom Bredi ilə birlikdə görünüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
oxu.az

7Mənbələr