AZ

Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bizim.Media xəbər verir ki, idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.

Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb.

O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib.

Anna Başta Avropa çempionatı, Dünya kuboku və Qran-prilərdəki çıxışına görə, bu hüquqa sahib olub:

“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə, FIE təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, - deyə idmançı vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
15
bizim.media

10Mənbələr