Mayın 28-i, Azərbaycan Demokratik Respubikasının yaranmasının 104-cü ildönümündə cümhuriyyətin qurucularından biri Məmməd Əmin Rəsulzadənın Ankaradakı məzarı Azərbaycanla bağlılığı olan insanların əsas ziyarət yerlərindən biridir.
Rəsulzadənin məzarı yalnız onun doğum-ölüm tarixlərində və 28 may günü deyil, xüsusilə Azərbaycanın müstəqilliyindən sonra, demək olar ki, mütəmadi ziyarət olunur.
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyasıADR 100: Britaniyanın Azərbaycan-Türkiyə əlaqələrinə dair şübhələri və AXC-nin cavabı
Amma Rəsulzadənin məzarı üzərindəki abidə kompleksin yaşı daha gəncdir: ADR qurucusunun vəfatından uzun illər sonra qoyulub.
BBC News Azərbaycanca açılışı zamanı qırmızı lentini Azərbaycan Prezident Adminstrasiyasında o vaxt şöbə müdiri olmuş Əli Həsənovun və Müsavat Partiyasının həmin vaxt başqanı olmuş İsa Qəmbərin kəsdiyi bu abidənin yaranması tarixini və ADR qurucusunun məzarının indiki formasına gələnəcən keçdiyi yolu araşdırıb.
![Əli](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/76cf/live/7c8f5720-ddc4-11ec-8019-1fef3477da32.jpg)
Şəklin mənbəyi, Azerbaycan Türk Kültür Dergisi