AZ

Romantik səhər öpüşünün inanılmaz ZƏRƏRLƏRİ

Yuxudan oyanan kimi sabahın xeyir öpüşməsi romantik olsa da, tibbi baxımdan zərərlidir.

Medianews.az medicina-ya istinadən xəbər verir ki, qastroenteroloq Petmat Şamaeva yuxuda ağız boşluğunda bakteriyaların çox toplandığını bildirib.

“Fizioloji halitoz – ağızdan qoxu 70% insanda oyanandna dərhal sonra yaranır. Yuxuda çoxsaylı bakteriyalar dil üzərinə toplaşır. Bu ona görə baş verir ki, yuxuda tüpürcək, ağız suyu hasili azalır. Ona görə oyanan kimi öpüşmək gigiyenik deyil. Öncə ağız və dişlər təmizlənməlidir.

Eləcə də halitoz mədə-bağırsaq xəstəliklərindən xəbər verir:

– Qastrit, xora
– Disbakterioz, parazitoz
– Mədəaltı vəz xəstəliyi
– Kandidoz
– Helikobakteri
– Hepatit, qaraciyər, öd problemi
– Boğazda iltihab
– Çürük dişlər
– Siqaret çəkmə

Bəzi bakteriya və mikroblar öpüşlə partnyora keçə bilir, ona görə ehtiyatlı olmaq lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
medianews.az

10Mənbələr