AZ

Tolikdən Röya Ayxana təşəkkür - VİDEO

Aparıcı Tarix Əliyev bu gün özünə doğum günü edir.

Onun 45 yaş münasibəti ilə keçirdiyi məclisdə yaxın dostları, sənət adamları bir araya gəlib.

Əliyevin şad günündə iştirak edənlər arasında Xalq artisti Röya Ayxan da yer alıb. Aparıcı ona ilk dəfə Tolik təxəllüsünü verən sənətçiyə təşəkkürünü bildirib.

Milli.Az bildirir ki, həmin anlar OLAY-ın kameralarına tuş gəlib:

"Allahın mənə verdiyi bir şans oldu ki, sevdiyim insanın yanında oldum. Onun yanında çox şey öyrəndim. Onun mənə verdiyi təxəllüs məni bu günlərə gətirdi ki, hər biriniz buradasınız. Mən buna görə mənim ürəyimin bir çox hissəsini zəbt etmiş dostum, ürəyim və bu gün hər bir uğuruna sevindiyim, Respublikamızın Xalq artisti, dəyərli sənətkar, ürəyim, Röya xanım, sənə borcluyam. Nə yaxşı ki, həyatımda varsan", - deyə, T. Əliyev söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
14
milli.az

10Mənbələr