Ukrayna Prezidenti Vladimir Zelenski İspaniyada səfərdədir.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Səfəri çərçivəsində Zelenskinin İspaniya Baş naziri Pedro Sançez və İspaniya Kralı VI Felipe ilə görüşü gözlənilir.

Xatırladaq ki, mayın 15-də Ukrayna Prezidenti Xarkov vilayətinin şimalına Rusiyann hücumu ilə əlaqədar bütün gələcək xarici səfərlərini, eləcə də mayın 17-nə planlaşdırılan İspaniyaya səfərini təxirə salmışdı. Zelenskinin Baş nazir Sançezlə təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalaması, habelə Portuqaliyaya səfəri gözlənilir.

Ukrayna liderini hava limanında İspaniya kralı VI Felipe qarşılayıb.

Leyla Kamil
Leqal.info