AZ

Naftalanın ilk mobil tətbiqi istifadəyə verilib - FOTOLAR

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə nəfis tərtibatda  hazırlanmış “Visit  Naftalan” mobil tətbiqinin təqdimatı keçirilib.

 

Pravda.az xəbər verir ki,əqdimat mərasimində ŞİH-nin məsul əməkdaşları, Gəncə Regional Turizm Mərkəzinin rəhbəri Zaur Bayramov, şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri, turistlər, idarə, müəssisə rəhbərləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova sağlamlıq və turizm imkanlarını özündə birləşdirən unikal neftə sahib Beynəlxalq Turizm Mərkəzi Naftalanın turizm potensialı barədə məlumat verərək, mövcud imkanların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, üç dildə fəaliyyət göstərən “Visit Naftalan” tətbiqinin yaradılması bu sahədə atılan addımlardan biridir. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yanaşı əlçatanlığı daha da təmin edəcəkdir.

 

Daha sonra Naftalanın potensialını özündə nümayiş etdirən, tətbiqdən istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirdə iştirak edən xarici turistlərə ŞİH-nin xatirə hədiyyələri təqdim olunub.

 

İnternet istifadəçiləri “Visit Naftalan” mobil tətbiqini “Android” və “İOS” əməliyyat sistemi ilə çalışan mobil telefonlardan yükləyə bilərlər. Qeyd edək ki, “Visit Naftalan” mobil tətbiqi ilə yanaşı, www.visitnaftalan.az saytı da artıq istifadəçilərin ixtiyarındadı.

 
 
 
 
Fotoları təqdim edirik
Tarix: 27 May 2024, 15:54   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
4
pravda.az

5Mənbələr