AZ

AFFA iki kluba lisenziya verib

Lisenziya Komissiyasının bu gün baş tutan iclasında 2024/2025-ci illər mövsümündə Misli Premyer Liqasında, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Editor.az qurumun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların doqquzuncu maddəsinə əsaslanmış müzakirələrdən sonra bəzi qərarlar qəbul edib.

Bu qərarlara görə Premyer Liqa yarışlarında iştirak etmək üçün “İmişli” və “Şamaxı” klublarına lisenziya verilib.

“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” klublarına isə lisenziya verilməyib.

Birinci Liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı”, “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan” (Yevlax), “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir “, MOİK, “Şahdağ Qusar” və “Zaqatala” klublarına lisenziya verilib.

“Ağdaş”, “Dinamo”, “Göygöl”, “İrəvan”, “Lerik”, “Sheki City”, “Şəfa” və “Şəmkir” klublarına isə lisenziya verilməyib.

Yüksək Qızlar Liqasında iştirak etmək üçün

“Baku Juniors” və “Balxurma Balakən” komandaları lisenziya ilə təmin ediliblər.

Qeyd edək ki, “Balxurma Balakən” növbəti mövsümdən etibarən “Dirçəliş” adı ilə çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
1
editor.az

10Mənbələr