AZ

Belçika Azərbaycana yeni səfir təyin etdi

Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
33
yenicag.az

10Mənbələr