AZ

“Gilan Holdinq”in üç zavodu satışa çıxarıldı

Azərbaycanın ən iri şirkətlərindən biri olmuş “Gilan Holdinq”in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.

Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4198,2 kvadrat metrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.

Ağcabədi şəhərində yerləşən digər Süd Emalı Zavodunun tikili sahəsi isə 4500 kvadrat metrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.

Zaqatala Süd Emalı Zavodu isə rayonun Muxak kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadrat metr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif olunur.

Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub. 

Xatırladaq ki, “Gilan Holdinq” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını “Xəzri Solutions”a dəyişib. Amma cə mi bir aydan sonra “Gilan Holdinq”in adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” ləğv olunduğunu elan edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
35
yenisabah.az

10Mənbələr