AZ

“Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki...”

"Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim. Çünki aparıcılar lazımsız suallar verirlər. Sonra da cavablarımızı düzüb-qoşurlar. İnsanların nəzərində illərdir ki, topladığım statusu salırlar aşağı. Çıxışlarımızı sosial şəbəkədə paylaşırlar, insanlar da xoş olmayan şərhlər yazır. Sonra da deyirlər ki, yazılan şərhlərə fikir verməyin. Elə deyil. Yazılan şərhlər bu gün alqışımızdır. İnsanlarda bizə qarşı aqressiya yaradırlar".

 

Pravda.az axsam.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Səhər görüşləri" verilişinə deyib.

 

Sənətçi yazılan tənqidlərdən danışıb:

 

"Oğlum Hüseynin yeniyetmə vaxtlarıdır. Ona hər şey təsir edir. Bu yaxınlarda ailəm haqqında mənə sual verdilər. Ərimə zəng vurub aramızdakı münasibətlərin yaxşı olduğunu nümayiş etdirdim. Yəni bu insan həyatımda var və oğlum Hüseynin atasıdır. Həmin görüntülər sosial şəbəkədə paylaşıldı və haqqımızda çox sayda xoş olmayan şərhlər yazıldı.

 

Oğlum o şərhi görəndə pis olub. Nənəsinin instaqram səhifəsi ilə daxil olaraq həmim qadına cavab yazıb. Anam iş xanımıdır. Səhifəsində anamın nömrəsi də var. Həmin qadın zəng vurub anamın nömrəsinə ki, bəs bizi bu səhifədən söyüblər. Oğlum qorxudan dovşan kimi başlayıb əsməyə. Uşaqdır da, əsəbiləşib və söyüş yazıb.

 

Əsə-əsə deyir ki, ana, məni indi gəlib aparacaqlar. Nömrəni alıb, zəng etmişəm həmin qadına. Deyir ki, mənə siz maraqlı deyilsiniz. Cavab olaraq söylədim ki, əgər sənə mən maraqlı deyiləmsə, bəs niyə haqqımda xoş olmayan, neqativ dolu şərh yazırsan. Ona elə başa saldım ki, o, məndən üzr istədi".

Tarix: 27 May 2024, 11:24   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
16
pravda.az

10Mənbələr