AZ

Emin Əmrullayev: “5 il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm”

“Mən 5 il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib. 

Nazir qeyd edib ki, Azərbaycanda yaxşı tədqiqat forması yaratmaq istəyiriksə, doktrantura proqramlarımıza yenidən baxılmalıdır:

“Hər hansı yeni tədqiqat təlimi aparmırlar, sadəcə mövzu götürüb yazırlar. Tədqiqat işini aparmaq, öz sahəsinin mövzularını öyrənmək üçün 2-3 il geniş hazırlıq görməlidir. Bizdə doktrantura proqramları zəifdir. Bizdə doktranturada alətlər məhdudiyyətləri olur. 
Doktrantura ali təhsil səviyəsinin növbəti pilləsidir. Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir. Əgər biz tədqiqat sahəsində davranış dəyişikliyi etsək, sizi əmin edirəm ki, maliyyə dəstəyi də gələcək. Yəni Azərbaycanda tədqiqat mədəniyyətini formalaşdırmaq lazımdır” - deyə nazir bildirib. 

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
bizim.media

6Mənbələr