AZ

Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür - Səttar Möhbalıyev

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin dövləti idarəçilik fəlsəfəsinin vəAzərbaycanın inkişaf strategiyasının nüvəsində Azərbaycanvətəndaşlarının hüquq və azadlıqları dayanır. Ümummilli Liderin vəonun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bütün siyasifəaliyyəti yalnız xalqımızın mənafeyinə xidmət edib. Hər iki liderhumanist və nəcib addımları, bağışlamaq qərarları ilə daşıdıqlarıvəzifəyə, şəxsiyyətlərinə böyük imic gətirib, xalqımızın dərinməhəbbətini qazanıblar. Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevxalqımız tərəfindən ikinci dəfə hakimiyyətə gətirilənə qədərAzərbaycanda ölüm hökmü qalırdı. Məhz Heydər Əliyev gələndən sonra- 1993-cü ilin iyun ayından buna moratorium qoyuldu və 120-dənartıq şəxs barəsində olan ölüm hökmü icra edilmədi. O, bu cəzanıinsan ləyaqətinə, insan hüquqlarına zidd hesab edirdi və demokratikcəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirirdi.Odur ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmübilavasitə Ulu Öndərin təşəbbüsü ilə ləğv edildi. Bununla daAzərbaycan Şərq aləmində ilk dəfə ölüm cəzasını aradan qaldıranölkə oldu. Bu, Azərbaycan vətəndaşına olan hörmət və ehtiramın,onun yaşamaq hüququnun qorunmasına və müdafiəsinə göstərilən alimünasibətin təzahürü idi.

Bu fikirləri kütləvi informasiya vasitələrinəaçıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevdeyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz ölkə prezidenti olarkənhəm də əfv qərarları ilə minlərlə ailəyə sevinc bəxş edib:

“Belə ki, Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfvfərmanı imzalanıb, 7 amnistiya aktı qəbul edilib. O, hər birAzərbaycan vətəndaşını azad, sərbəst, xoşbəxt görmək istəyirdi. Busəbəbdən cinayət törətmiş insanları bağışlamaqla onlara özlərinitəsdiq etmək, cəmiyyətin faydalı üzvlərinə çevrilmək üçün bir dahaşans verirdi. Ulu Öndərin bu sahədə də fəaliyyətinə sadiq qalandövlətimizin başçısı cənab İlham Əliyev 2003-2023-cü illər ərzində37 əfv sərəncamı imzalayıb, eləcə də 5 amnistiya aktı qəbul edilib.1995-ci ildən bu yana ümumilikdə əfv qərarları ilə 9788 məhkumbağışlanıb, ailələr sevinib, yaxınlar qovuşub.

Bütün bunlar xalqımızın hər iki dahi oğlunun humanist vəinsanpərvərlik duyğularının göstəricisidir. Xatırlatmaq yerinədüşər ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkənonun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiyaaktları qəbul edilib. Ümumiyyətlə, 1995-ci ildən etibarən qəbuledilmiş 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32mindən çox məhkum azadlığa çıxıb”.

“Dövlətimizin başçısı cənab İlham Əliyev ədalət və mərhəmətprinsiplərinə söykənərərək mayın 25-də daha bir əfv sərəncamıimzaladı. Sərəncamla 154 şəxs nicat tapdı, ailələri sevincə qərqoldu. İlk növbədə, sərəncamın Müstəqillik Günü ərəfəsindəimzalanması Prezidentimizin Azərbaycanın tarixinə, müstəqilliyinə,dövlətçiliyinə verdiyi yüksək dəyəri göstərir. Bağışlamağı bacaran,humanist siyasəti ilə hər zaman nümunə olan İlham Əliyev cənabları63 məhkumu cəzanın çəkilməmiş hissəsindən azad etdi, 52 məhkumunisə cəzasının çəkilməmiş hissəsini yarıyadək azaltdı. Eləcə dəcəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub,azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfərincəzalarının çəkilməmiş hissəsi bağışlanıb. Habelə azadlığınməhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasınınçəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bunlardan başqa, islah işləri cəzasına məhkum edilmiş 2 nəfərcəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4nəfər isə cəzadan azad olunub, azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.Ümid edirəm ki, əfv sərəncamından yararlanan şəxslər, o cümlədənazadlığa qovuşanlar bundan əvvəl etdikləri səhvi bir dətəkrarlamayacaqlar, dövlətimiz, cəmiyyətimiz və ailələri üçünfaydalı olmağı bacaracaqlar.

Onların arasında xeyli gənclər də var. Həmin gənclərqarşılarında açılan bu şansdan ən yaxşı formada istifadəetməlidirlər. Dövlətimiz tərəfindən ölkəmizdə gənclərə göstəriləndiqqət, onların hərtərəfli inkişafı üçün yarardılmış şərait gözqabağıdadır. Azadlığa çıxan gənclər bu fürsətdən yarlanmalı,həyatlarını və fəaliyyətlərini düzgün istiqamətdə quraraq bir dəqanundan kənara çıxmamalıdırlar”, - Milli Məclisin deputatıvurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
11
az.trend.az

10Mənbələr