AZ

Türkiyədə ağır yol qəzası: 10 ölü, 39 yaralı

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 39 nəfər yaralanıb, 10 nəfər isə həyatını itirib.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib. 

 

“Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”, – DİN başçısı qeyd edib.


Senzor.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
3
senzor.az

10Mənbələr