AZ

Tiflisdə etiraz: Prezident və baş nazirdən ittihamlar...

Tiflisdə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “xarici agentlər” haqqında qanuna qarşı etiraz aksiyasına çıxıblar.
BUTA.TV xəbər verir ki, minlərlə insan Tiflisin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıb. Mayın 26-da qeyd olunan Müstəqillik Günü münasibətilə keçirilən mitinqdə prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze “xarici agentlər” haqqında qanunla bağlı mübahisələr fonunda bir-birlərini milli maraqlara xəyanətdə ittiham ediblər.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
buta.tv

10Mənbələr