AZ

“INSUNx: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçirildi – FOTO

26 may 2024-cü il tarixində Nizami Kino Mərkəzində, “INSUNx: Sağlam Həyat, Hüzur
və Xoşbəxtlik” adlı tədbir uğurla həyata keçirildi.

Tədbir “INSUN” Yaşam Mərkəzinin təşəbbüs və təşkilatçılığı, Yunus Emre Enistitüsünün tərəfdaşlığı,Magic Consulting LTD və Timber Concepts MMC-nin sponsorluğu
ilə təşkil edildi.

TEDx formatı daşıyan “INSUN X” sağlamlıq, xoşbəxtlik və hüzur istiqamətində cəmiyyətdə məlumatlılığı artırmaq və insan sağlamlığının önəmi ilə bağlı fərqindəlik yaratmaq məqsədi daşıyırdı.

Bu məqsəd və missyaya uyğun olaraq, Prof. Dr.Sinan Canan, Psixoloq Ferhat Aydın və Opr.Dr Ayşe Duman kimi peşəkar, zəngin təcrübələri olan mütəxəssislər bir araya gələrək, sağlam, hüzurlu və xoşbəxt həyat haqqında faydalı məlumatlar təqdim etdilər.

Belə ki, Prof. Dr. Sinan Canan: “Beynimizin Ağları: Dikkat, Farkındalık, Hayat ve Hayal” adlı çıxışında beynimizin necə işlədiyi, diqqət və şüurun əhəmiyyəti, həyatımızda tutduğu yer, yuxu görmənin beyinə təsirindən ətraflı bəhs etdi.

Psixoloq Ferhat Aydın: “Mutluluk Bulaşıcıdır ve Soğan kokar” başlıqlı təqdimatında xoşbəxtliyin sosial təsirləri və fərdlərin xoşbəxtliyi necə yayması ilə bağlı maraqlı və əyləncəli məlumatlar verdi.

Opr. Dr. Ayşe Duman isə: “Zorlanıyorsan Yalnış Yapıyorsun” çıxışı ilə fiziki və ruhi sağlamlığın əhəmiyyətini vurğulayaraq, düzgün üsullarla daha sağlam və dinc bir həyat yaşamanın yollarını iştirakçılarla paylaşdı.

Qeyd edək ki, hər il ənənə halında keçiriləcək “INSUNx: Sağlam Həyat, Hüzur və  Xoşbəxtlik” adlı tədbir insanlara sağlamlıq, hüzur və xoşbəxtlik əldə etmək üçün lazım olan alətlər və məlumatlar təqdim etməyi hədəfləyərək, sağlam həyatın qapılarını birgə açmağı.

DOĞRU.AZ

image-img-20240526-wa0164 image-img-20240526-wa0166 image-img-20240526-wa0162 image-img-20240526-wa0158 image-img-20240526-wa0156 image-img-20240526-wa0154

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
3
dogru.az

4Mənbələr