AZ

Türkiyədə dəhşətli yol qəzası:azı 10 ölü, 30 yaralı - FOTO + VİDEO

Türkiyənin Mersin şəhərində dörd nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Mersin-Adana avtomagistralının Tarsus rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Adana istiqamətində hərəkətdə olan sərnişin avtobusu havanın yağışlı, asfaltın sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq əks yola keçib və qarşıdan gələn biri yük maşını, ikisisi minik avtomobili olmaqla üç nəqliyyat vasitəsi ilə toqquşub.

Zərbənin şiddətindən avtobus, yük maşınının kabinəsi və iki minik avtomobili deformasiyaya uğrayıb.

İlkin məlumata görə, azı 10 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Qəza yerinə çox sayda polis, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Təəssüf ki, ölənlərin sayının artacağı da istisna edilmir.

 

Namiq Musayev

 

Mersin'de

Mersin'de

Mersin'de

Son

 

Mersin'de

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
22
avtosfer.az

10Mənbələr