AZ

Daniele De Rossi “Roma” ilə müqaviləsini yeniləyəcək

“Roma”nın baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”la müqaviləsinin müddətini uzadacaq.

Arena.az xəbər verir ki, 40 yaşlı məşqçi “Roma” ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayacaq.

Rəsmi açıqlamanın isə yaxın günlərdə veriləcəyi vurğulanır.

Xatırladaq ki, Daniele De Rossi “canavarlar”ın sükanı arxasında yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. İtalyan mütəxəssisin paytaxt təmsilçisi ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

De Rossi Mourinyonun başladığı işi layiqincə davam etdirir. “Canavarlar” bu mövsüm İtaliya çempionatında 31 oyuna topladıqları 63 xalla 6-cı pillədə qərarlaşıblar. İtalyan mütəxəssis “Roma”nı 25 oyuna çıxarıb, 14 qələbə qazanıb, 6 heç-heçə edib, 5 məğlubiyyət acısı yaşayıb. “Canvarlar”ın top fərqi isə 47:30 nisbətindədir.

2021-ci ilin martında Daniele De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.

Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.

“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
arena.az

10Mənbələr