AZ

Azərbaycan paraatleti: "Dördqat dünya çempionu olmaq mənim üçün qürürvericidir"

"Dördqat dünya çempionu olmaq mənim üçün qürürverici hissdir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan paraatleti Lamiyə Vəliyeva Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətinə açıqlamasında deyib.
Yaponiyanın Kobe şəhərində keçirilən yarışda "T13" kateqoriyasında 400 metr məsafəyə qaçışda qızıl medal əldə edən idmançı ona dəstəkləyənlərə minnətdar olduğunu bildirib:
"Turnirə yaxşı hazırlaşırdım. Bu, son deyil. Parisdəki Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağam və öz Vətənimi layiqincə təmsil edəcəyəm".
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
oxu.az

10Mənbələr