AZ

Azərbaycanda manatla geniş pul kütləsinin həcmi artıb

Bu il mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 45 milyard 277,2 milyon manat təşkil edib.

İqtisadiyyat.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 1 % çox, ilin əvvəlinə nisbətən 0,5 % çox, illik müqayisədə isə 10 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi aprelin sonuna 34 milyard 268,3 milyon manat təşkil edib. Bu, martın sonuna olan analoji göstəricidən 0,5 % az, ilin əvvəlinə nisbətən 3,1 % az, illik müqayisədə isə 13,5 % çoxdur. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
9
iqtisadiyyat.az

10Mənbələr