AZ

Bakı və Abşeronda yağış yağacaq - PROQNOZ

Bakı. Trend:

Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı,gecəyədoğru şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyiəsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° olacaq.Atmosfertəzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.Nisbirütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəziyerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə3-8°, gündüz 8-13° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
49
az.trend.az

10Mənbələr