AZ

İşğaldan azad olunmuş ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verildi - VİDEO

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib.

Bu barədə Ednews-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, qüdrətli dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə paralel şəkildə sərhəd mühafizə infrastrukturlarının qurulması və yaxşılaşdırılması, müasir maddi-texniki vasitələrlə təchizatı ölkəmizin hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə olan ali diqqəti və qayğısıdır.

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
33
ednews.net

10Mənbələr