AZ

Faktiki hava: Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağıb

Faktiki

 

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-i saat 9:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20, Qusar, Daşkəsəndə 17, Yardımlıda 15, Tovuzda 14, Şəki, Qəbələdə 13, Mingəçevirdə 12, Qrız, Şəmkirdə 11, Oğuzda 10, Gəncədə 9, Cəlilabad, Lerik, Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Gəncədə saniyədə 20, Naftalanda 18, Naxçıvanda 16 metrədək güclənib.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
49
azertag.az

10Mənbələr