AZ

Nağdsız əməliyyatlar 1,9 dəfə artıb

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çox) təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5,149 milyon mana­tı elektron ticarətin payına dü­şüb. Qalan məbləğin 990 mil­yon manatı POS-terminallar, 8 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçək­ləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62 faizini təşkil edib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
xalqqazeti.az

10Mənbələr