AZ

Almaniya Ukraynaya “Taurus” raketlərini verməkdən imtina etdi

Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketləri ötürmək fikrində deyil.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir. Onun sözlərinə görə, belə sistemlərə yalnız Almaniya nəzarət edə bilər və münaqişənin gərginləşməsi riskinə görə Ukraynaya qoşun yeritmək fikrində də deyil.

“Biz Ukraynanı onun apardığı döyüşdə dəstəkləyirik, lakin münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinə imkan verməyəcəyik”, - Şolts bildirib.

O əlavə edib ki, Almaniya Ukraynaya kömək etmək üçün artıq çox işlər görüb, o cümlədən 28 milyard avro dəyərində silah tədarükü ilə bağlı razılığa gəlib, respublikanın ABŞ-dan sonra ikinci ən böyük sponsoru olub. Şolts qeyd edib ki, Berlin Kiyevə dəstək kontekstində bütün imkanları həddində yardım edib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
qaziler.az

10Mənbələr