AZ

Azərbaycan Mərkəzi Bankı mənfəətindən büdcəyə vəsait köçürəcək

Bakı. Trend:

Azərbaycanın dövlət büdcəsinin 3 milyard 796,1 milyon manatməbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarınaəsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərininoptimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşansərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsihesabına qarşılanması nəzərdə tutulur.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə. həmin vəsaitin mənbəyi aşağıdakı kimidir:

- əlavə qeyri-neft gəlirləri – 1,3 milyard manat;
- əlavə neft gəlirləri – 605 milyon manat;
- Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəstqalığından ayırmalar – 250 milyon manat;
- “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcəfondu) gəlirləri - 25 milyon manat;
- dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidənbölgüsü – 851,8 milyon manat;
- dövlət büdcəsinin kəsirinin böyüdülməsi - 764,3 milyon manat;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
15
az.trend.az

10Mənbələr