AZ

Almaniya bu raketi Ukraynaya verməkdən imtina etdi

Berlin Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketləri ötürmək fikrində deyil.

Redaktor.az "n-tv"yə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Onun sözlərinə görə, belə sistemlərə yalnız Almaniya nəzarət edə bilər və münaqişənin gərginləşməsi riskinə görə Ukraynaya qoşun yeritmək fikrində deyil.

“Biz Ukraynanı onun döyüşündə dəstəkləyirik, lakin münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinə imkan verməyəcəyik”, - Şolz izah bildirib.

O, əlavə edib ki, Almaniya Ukraynaya kömək etmək üçün artıq çox işlər görüb, o cümlədən 28 milyard avro dəyərində silah tədarükünə razılaşıb, respublikanın ABŞ-dən sonra ikinci ən böyük sponsoru olub. Şolz qeyd edib ki, Berlin Kiyevə dəstək kontekstində bütün imkanlarını həddinə çatdırıb.

“500 km məsafəni vura bilən silahın ötürülməsi problemlidir və o qədər dəqiqdir ki, onu ötürən ölkə nöqteyi-nəzərindən bu, yalnız o zaman özünü doğruldur ki, hədəfləri özü müəyyənləşdirsin. Bu isə mümkün deyil, çünki biz bu qarşıdurmanın iştirakçısı olmamaq istəyirik”, - Almaniya kansleri vurğulayıb.

Xatırladaq ki, Ukrayna ABŞ və Böyük Britaniyadan oxşar silahların təhvil verilməsi fonunda Almaniyadan davamlı olaraq uzaqmənzilli raketlərin tədarükü tələbini irəli sürür. Vaşinqton və London silahları Rusiya ərazisinə hücumlara qadağa şərti ilə ötürdüklərini bəyan ediblər. Kiyevin tənqidinə baxmayaraq, Berlin uzaqmənzilli raketləri Ukraynaya verməkdən yayınır.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
redaktor.az

10Mənbələr