AZ

Boksçumuz lisenziya turnirinə qələbə ilə başladı

Tailandın paytaxtı Banqkokda boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək.
Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
19
bizim.media

10Mənbələr