AZ

Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?

Yoluxucu xəstəlik və viruslardan qorunmağın ən ağlabatan yolu peyvəndlənmədir. Bir çox epidemiya və pandemiyaların qarşısı elmin bu ixtirası sayəsində alınıb.
Yaxın keçmişdə dünyanı bürüyən koronavirus pandemiyası zamanı da tezliklə infeksiyaya qarşı peyvənd kəşf edildi və ölkələr xəstəliyə qarşı vaksinasiya prosesinə qoşuldular.
Eyni tərkibə malik, kütləvi şəkildə istehsal edilən peyvəndlərdən pandemiyanın aktiv fazası zamanı geniş istifadə olunurdu. Hazırda pandemiya rəsmi şəkildə bitib və dünya əhalisinin çox hissəsi vaksinasiya prosesinə cəlb edilib.
Bəzi ölkələrdə az sayda yoluxma faktı qeydə alınır ki, bu da pandemiya təhlükəsi yaratmır. Belə olduqda bəzi ölkələr hazırda istifadəsiz qalan peyvəndlər haqqında tədbir görürlər. Yaponiya hökuməti pandemiyanın aktiv fazası zamanı alınmış, ümumi dəyəri təxminən 1,93 milyard dollar olan, istifadə olunmamış koronavirus peyvəndinin təxminən 77%-ni məhv etməyi planlaşdırır.
Buna oxşar faktlar digər ölkələrdə də qeydə alınıb.
Bəs Azərbaycanda durum necədir? Hazırda ölkəmizdə istifadə olunmamış nə qədər, hansı dəyərdə koronavirus əleyhinə peyvənd var və onların yararlılıq müddəti nəzərə alınaraq aqibətləri necə olacaq?
Səhiyyə Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə idxal olunan vaksin preparatlarından humanitar məqsədlə bəzi ölkələrə yardım edilib:
"Ölkədə koronavirus (COVID-19) xəstəliyinə qarşı ümumən dörd növ vaksin preparatından istifadə edilib. Bununla yanaşı, ölkəyə idxal edilən vaksin preparatlarından digər ölkələrə də (Bosniya və Herseqovina, Tacikistan, Özbəkistan, Qırğızıstan, Afrika ölkələri) humanitar məqsədlərlə yardım edilib. Hazırda tibb müəssisələrində mövcud olan "CoronaVac" vaksin preparatları vaksinasiya üçün müraciət əsasında istifadə olunur".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
oxu.az

10Mənbələr