AZ

10 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı sərhədyanı əməliyyatları davam edir. 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

News24.az xəbər verir ki,  bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada heç bir yerdə terror və terrorçular üçün keçid olmadığı bildirilib.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 5 PKK/YPG terrorçusunu aşkar edib. 5 PKK/YPG terrorçusu isə İraqın şimalında yerləşən Qara və Pəncəli Əməliyyat bölgəsində zərərsizləşdirilib" deyə bildirilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
10
news24.az

10Mənbələr