AZ

ABŞ-dən Netahyahuya görə sanksiyalar

ABŞ Senatının konqresmenləri Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bir sıra əməkdaşına qarşı sanksiyaların tətbiqi mexanizmini müzakirə edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, buna səbəb İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalanta qarşı prokurorun həbsinə order verilməsidir.

Belə ki, senatorlar “ ABŞ-ın maraqlarını təhdid edən və müttəfiqlərini zəiflədən səlahiyyətlərdən sui-istifadə” ilə bağlı prezident Co Baydenə BCM-nin bir sıra əməkdaşlarına Amerika vizalarını almağı qadağan etməyi, habelə maliyyə sanksiyaları tətbiq etməyi təklif ediblər.

Eyni zamanda, amerikalı qanunvericilər ümid etdiklərini bildiriblər ki, onların tədbirləri Netanyahu ətrafında “siyasi prosesləri” dayandırmaq üçün BCM-yə təsir göstərəcək.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
29
bakivaxti.az

10Mənbələr