AZ

Qənirə Paşayevanı o əvəz etdi – Parlament təsdiqlədi

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib.

Medianews.az xəbər verir ki, deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təklif edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

K.Qafarovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, o, bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
11
medianews.az

10Mənbələr