AZ

Şuşada qarın yığan mayka reklamı Etdi: “Biz kasıbların balaları... - VİDEO

Şuşada qarın yığan "mayka"nın reklam olunması tənqid olunub.

Sosial şəbəkədə izləyicilər igidlərimizin can qoyduğu torpaqda, Şuşanın ən görkəmli rəmzi yerində belə reklam edilməsini hiddətlə qarşılayıblar.

Saytımıza danışan korset satıcısı Ceyhun adlı şəxs açıqlamasında bildirib ki, işğaldan azad edilmiş torpaqlara portaldan qeydiyyatdan keçdikdən sonra gediblər: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elçin Lənbəranski də post paylaşmışdı bu haqda, gedib danışdım. Mən özüm Şuşaya bir ayağı olmayan qazi qardaşımla birgə getmişdim. Allah qazilərimizə uzun ömür versin. Torpaqlarda biz kasıbların balaları video çəkməlidir də. Orada artıq-əksik hərəkət eləməmişik, kiməsə nəsə deməmişik. Biz neynəmişik ki? Xaricdən də gəlib video çəkirlər, hamı çəkir".

Satıcı deyir ki, ağlına gəlməzdi ki, video qınaq obyekti olacaq: "Təsadüfən ora getmişdik. Gəzəndə ani "moment" düşdu və dedik belə video çəkək. Bilsəydik belədi, çəkməzdik vallah".

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
18
news365.az

10Mənbələr