AZ

Çin Tayvanı hədələyir – 49 təyyarə, 26 gəmi…

Çinin Tayvan adasını və ona bağlı adaları əhatə edən hərbi manevri bölgədə gərginliyin artmasına səbəb olarkən, Çin ordusu təlimin "adanı ələ keçirmə" qabiliyyətini yoxlamaq üçün təşkil edildiyini açıqladı.

Herbiand.az xəbər verir ki, Çinin separatçı olmaqda günahlandırdığı Tayvanın yeni prezidenti Lai Çinq-teni "cəzalandırmaq" üçün təşkil edildiyini açıqladığı hərtərəfli təlimin ikinci günündə adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi görüntülənib.

Çin həmçinin Tayvana raket daşıyan çoxlu döyüş təyyarələri göndərib.

Tayvan Müdafiə Nazirliyinin X hesabından edilən şərhdə, onun elan etdiyi sahədə uçduğu qeyd edildi.

Qısa açıqlamada Çin Xalq Azadlıq Ordusu bu təlimin adadakı mühüm əraziləri ələ keçirmək cəhdi olduğunu açıqlayıb.

Bu arada bölgədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri vəziyyəti yaxından izlədiyini bildirib.

Çində vətəndaş müharibəsində Maonun başçılıq etdiyi kommunistlərə uduzan qüvvələr 1949-cu ildə Tayvana qaçdılar. Hazırda Tayvanı cəmi 12 ölkə tanıyır.

Pekin isə tez-tez “Bir Çin” prinsipinə uyğun olaraq Tayvanı nəzarətə götürmək üçün hərbi gücdən istifadə edə biləcəyini bildirir.

Tayvan ətrafında blokada yaradan təlim mayın 20-də adanın yeni seçilmiş lideri Lai Çinq-tenin andiçmə mərasimindən sonra keçirilib. Pekin administrasiyası Tayvanda hakim partiya olan DPP-ni “müstəqillik tərəfdarı”, partiyanın lideri Lai isə “düzəlməz separatçı” kimi görür.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
26
herbiand.az

10Mənbələr